Apr 23, 2024 12:01 Asia/Baku
  • İran prezidenti Pakistan milli məclisinin sədrilə görüşüb

Rəisi İran və Pakistan parlamentlərinin iki ölkə əlaqələrinin yüksəlişindəki rolunu vurğulayıb

İran prezidenti Pakistana rəsmi səfər proqramlarının davamında bu ölkənin milli məclisinin sədri Sərdar Ayaz Sadiqlə görüşüb.

Bu səfərin əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir addım olacağına ümidvarlıq ifadə edən Seyid İbrahim Rəisi iki ölkə parlamentlərinin qarşılıqlı əlaqələrin yüksəlişinin asanlaşdırılması və sürətləndirilməsindəki rolunu mühüm və təsirli adlandırıb.

Düşmənlərin düşmənçilikləri qarşısında təslim olmaq və ya müqavimət göstərmək kimi iki yol var- deyən Rəisi qeyd edibdir ki, Fələstində də bəziləri saziş, bəziləri isə müqavimət yolunu seçiblər və sazişin xərci müqavimətin xərcindən qat-qat çoxdur.

İran prezidenti sözlərinə belə davam edib: İran İslam Respublikası bir tərəfdən diplomatiya və danışıqlar masasını tərk etməyib, digər tərəfdən də amerikalıların təzyiqləri və sanksiyaları qarşısında müqavimət yolunu seçib və öz hüquqlarından geri çəkilməyib. Nəticədə bu gün İran iqtisadiyyatının altı faizlik inkişafının şahidiyik və Amerikanın məsul şəxsləri etiraf edirlər ki, İran əleyhinə maksimum təzyiq siyasəti uğursuz qalıbdır.

Pakistan milli məclisinin sədri də iki öklə rəsmiləri arasındakı fikir birliyini, anlaşmanı və əməkdaşlığı nadir xüsusiyyətlər adlandırıb.

İran dostluq qrupu Pakistan məclisində ən çox üzvə malikdir- deyən Sərdar Ayaz Sadiq bildiribdir ki, Pakistan əlaqələri genişləndirməyə maraq göstərməklə yanaşı, həmkarlıqların inkişaf etdirilməsinə də ehtiyac duyur.