May 10, 2024 19:22 Asia/Baku
  • Bütün orqanların xalqın səsilə təşkili, müqəddəs İran İslam Respublikası quruluşunun fəxrlərindəndir

Tehranın Salehabad qəsəbəsində yerləşən Həzrət Sahib-əz-Zəman məscidində olan İran prezidenti İslami Şura Məclisinə seçkilərin ikinci mərhələsində səs verib.

Seyid İbrahim Rəisi İslami Şura Məclisinə seçkilərin ikinci mərhələsində iştirak etdikdən sonra çıxış edib.

Öz çıxışında təhlükəsiz, sağlam və rəqabətli seçkilərin keçirilməsi sahəsindəki zəhmətlərinə görə, seçkilərin icraçıları və nəzarətçilərinə minnətdarlıq edən İran prezidenti belə deyib: Müqəddəs İran İslam Respublikası quruluşunun fəxrlərindən biri bu olubdur ki, onun bütün orqanlarının təşkili/ xalqın səsi və iradəsinə söykənir. Demokratiya ədası çıxaran və yalnız onun iddiasında olan bəzi ölkələrin əksinə olaraq, İran İslam Respublikası sözün əsl mənasında demokratiyaya əməl edir.

İran prezidenti xalqın ölkənin müxtəlif nöqtələrində İslami Şura Məclisinə seçkilərin ikinci mərhələsində iştirak etməsinə əsasən, vurğulayıbdır ki, düşmənlərin bu quruluşa və ölkəyə qarşı kin-küdurətlərinin səbəbi də/ məhz xalqın iştirakıdır.

 

 

Teqlər