Əli Baqiri Kəni BRICS iclasında iştirak etmək üçün Rusiyaya gedib
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni BRICS ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün bazar günü Tehrandan Rusiyaya yola düşüb. Baqiri Kəni BRICS xarici işlər nazirlərinin görüşündə çıxış edəcək.
BRICS ölkələrinin xarici işlər nazirlərinin iclası? eləcə də BRICS ölkələrinin və inkişaf etməkdə olan ölkələrin xarici işlər nazirlərinin toplantısı iyunun 10-11-də BRICS-ə üzv olan 10 ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Rusiyanın qərbindəki Nijni Novqorod şəhərində keçiriləcək.
Bu iclasda beynəlxalq münasibətlərin mühüm məsələləri, qlobal idarəçiliyin gücləndirilməsi üçün həll yolları, həmçinin münaqişlərin çoxtərəfli platformalarda və inkişaf etməkdə olan ölkələrin təsirinin artırılmasına diqqət yetirməklə həlli müzakirə olunacaq və diqqət mərkəzində saxlanılacaq.
BRICS ölkələrinin xarici işlər nazirləri, həmçinin üzv ölkələr arasında strateji tərəfdaşlığın inkişafı üçün yol xəritəsini müəyyənləşdirəcək və prezidentlərin iştirakı ilə Kazanda keçiriləcək 16-cı BRICS sammitinin keçirilməsi üçün lazımi konteksti təmin edəcəklər.
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni bu iclasda iştirak edib, İran İslam Respublikasının regional və beynəlxalq hadisələrlə bağlı mövqelərini izah etməklə yanaşı, bu iki iclasda iştirak edən xarici işlər nazirləri və nümayəndə heyətlərinin başçıları ilə görüşüb müzakirələr aparacaq.
Bu, İran İslam Respublikasının bu qrupa üzv olmasından sonra BRICS xarici işlər nazirlərinin ilk görüşüdür.