İranın mövqeyi dəyişməyib
Baqiri Kəni: Bölgədə sabit sərhədlərin dəyişməsinə icazə verməyəcəyik
İyun 11, 2024 13:12 Asia/Baku
Türkiyənin ev sahibliyi etdiyi D-8 Zirvəsinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni CNN "Türk" telekanalına müsahibə verib.
CNN Türk telekanalının jurnalisti İranın XİN rəhbərinə sual verib ki, “Zəngəzur dəhlizi ilə bağlı Naxçıvanla Azərbaycanın müxtəlif bölgələrini birləşdirən danışıqlar hələ də davam edir. İranın bu dəhliz və danışıqlarla bağlı mövqeyi nədən ibarətdir?”
Əli Baqeri Kəni cavabında bildirib: “Biz bölgədə inkişafa zəmin yarada biləcək istənilən təşəbbüsü alqışlayırıq, ancaq eyni zamanda, heç bir halda bölgədə demoqrafik dəyişikliyə və sabit sərhədlərin dəyişməsinə icazə verməyəcəyik”.