Bəşir Biazar kimdir?
Bəşir Biazar keçmiş “Twitter” hesabındakı paylaşımlarının birində onun BMT-nin anti-İran sanksiyaları, Qəzzədə İsrailin apardığı siyasi və hərbi cinayətlər və dünya qurumunun passivliyi ilə bağlı çıxışı yer alıb.
Bəşir Biazar keçmiş “Twitter” hesabındakı paylaşımlarının birində onun BMT-nin anti-İran sanksiyaları, Qəzzədə İsrailin apardığı siyasi və hərbi cinayətlər və dünya qurumunun passivliyi ilə bağlı çıxışı yer alıb.
“Sionistlər heç vaxt bu qədər təcrid edilmiş, nifrət qazanmış, məğlub olmuş və alçaldılmamışdı”- Bəşir Biazar paylaşımında yazıb.
Onun BMT-dəki çıxışı böyük alqışlarla qarşılansa da, lakin Fransada və digər Qərb ölkələrində İsrailyönlü lobbi dairələrin qəzəbinə tuş gəldi.
Biazar siyasi fəal deyil, daha çox Qəzzədəki vəziyyət də daxil olmaqla mühüm məsələlərə diqqət edən bir incəsənət və mədəniyyət xadimi hesab olunur.
İranda doğulub böyüyən Biazar müstəqil musiqi bəstəkarı və yaradıcılığı ilə beynəlxalq şöhrət qazanmış rejissordur.
O, Tehranın Əllamə Təbatəbai Universitetində təhsil almış, 2005-ci ildə siyasi elmlər üzrə bakalavr dərəcəsinə layiq görülmüş, ali təhsilini Hindistanın Osmaniya Universitetində davam etdirib.
2007-ci ildə Osmaniya Universitetində beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi aldıqdan sonra 2011-ci ildə Londondakı Kingston Universitetində kinorejissorluq üzrə doktoranturaya daxil olub.
O, 20 illik karyerası ərzində əsasən qeyri-hökumət qurum və təşkilatlarında (QHT) fəaliyyət edib.
O, New Horizon İncəsənət və Mədəniyyət İnstitutunun icraçı direktoru vəzifəsində çalışmış və Londonda yerləşən İslam Tələbələri Assosiasiyasının katibi olub.
O, uzun illər ölkənin dövlət televiziyası olan İRİB-in Musiqi və Mahnı şöbəsində prodüser vəzifəsində də çalışıb.
Biazar İranın incəsənət və kinematoqrafiya dairələrində böyük hörmətə malik olmaqla yanaşı minlərlə pərəstişkarının izlədiyi sosial media platformalarında fəal iştirak edir.
2009-cu ildən istifadə etdiyi öz “Twitter” hesabı 13 ildən sonra heç bir izahat, xəbərdarlıq və səbəb olmadan silinərək yenisini açmağa məcbur olub..
O bundan üç il öncə həyat yoldaşının Fransa universitetlərindən birində doktorantura təhsili almaq üçün oraya köçməli olub.
Cütlüyün biri məktəbdə, digəri isə bağçada oxuyan iki övladı var. Üç il ərzində onlar mütəmadi olaraq çətinlik çəkmədən İrana qayıdıblar.
Biazar Fransada olarkən istehsalat işləri ilə məşğul olub və İran əleyhinə qrupların Parisdəki İran səfirliyinə hücum edərkən hadisə yerindən məlumat verib.
İsrailin Qəzzəyə qarşı müharibəsi keçən ilin oktyabrında başladığından bəri Biazar, Fransa hökumətinin şərik olduğu müharibənin sona çatması üçün fəal şəkildə təbliğat kampaniyası aparıb.