İyun 15, 2024 19:13 Asia/Baku
  • İran seçki namizədlərinin təbliğatı davam edir

İran 14-cü prezidentlik dövrünün növbədənkənar keçiliəcək seçkilərinə 12 gün qalır. Altı namizəd bütün gücü ilə öz təbliğat kampaniyasını davam etdirir.

 SəhərAzəri-nin məlumatına əsasən, prezidentliyə namzidə Məsud Pezeşkian ölkə mətbuatına seçkilərində çıxışı zamanı qeyd edib ki, xalq kütləsinin, investorların, istehsalçıların, iş adamlarının və tələbələrin dəstəyi ilə ölkəni irəli aparmaq olar.

 Seçki qərargahının mədəniyyətlər dialoqunda “Ölkəni müəyyən prinsiplər üzərində, əl-ələ verib birgə abad edə bilərik”- deyən Məsud Pezeşkian qadın konfransında “Mən şüarlar səsləndirən biri deyiləm” deyərək vurğulayıb.

“Vədə vermirəm, amma deməliyəm ki, bu vəziyyəti dəyişmək və hər məntiqdən, tayfadan, etnik və cinsdən olan bütün insanların mövqeyini ləyaqətlə qorumaq üçün əlimdən gələni edəcəyəm və mən bu işə boyun əymişəm”- Pezeşkian əlavə edib.

Prezidentliyə digər bir namizəd Əmirhüseyn Qazizadə Haşimi Mədəni dəyirmi masa televiziya proqramında çıxış edərkən bildirib ki, mədəniyyət sahəsində insanlar və ailələr ön planda dayancaq və bu istiqamətdə hökumət inzibatçılq və asanlaşdırma rolunu öz üzərinə götürəcəkdir. Məscidlər, məhəllələr, imamzadələr, məktəblər kimi yerlər ailə inistituna daha çox dəyər verməldir.

Qazizadə Haşimi Fars xəbər agentliyində keçirdiyi mətbuat konfransında açıqlama verərək əlavə edib ki, “Mənim şüarım dostlarla mürüvvət və düşmənlərlə keçinməkdir”

Daha bir namizəd Əlirza Zakani xüsusi xəbər proqramında mənzillərlə bağlı məslələrə toxunaraq bildirib ki, "Mən insanların mənzil problemlərini dörd il ərzində həll edəcəm".

“İqtisadi Dəyirmi Masa” televiziya proqramında çıxış edən prezidentliyə namizəd Məhəmməd Baqir Qalibaf deyib ki, istənilən göstəricini əldə etmək üçün ilk növbədə inflyasiyanı cilovlamaq və iqtisadi artımı əldə etmək lazımdır.

Namizdlər arasında ruhani, Höccətül-islam və əl-müslimin Mustafa Purməhəmmədi “ön səff” televiziya proqramına açıqlamasında aparacağı güclü diplomatiyanın prinsiplərinə toxunaraq qeyd edib ki, biz heç bir sahədən qorxmuruq və heç bir danışıqlardan narahat deyilik və geri çəkilməyəcəyik.

Növbəti namizəd Səid Cəlili  “Siyasi masa" televiziya proqramında çıxış edərkən deyib ki, prezident millətin gücünü və imkanlarını görsə, İranı irəli çəkə və düşmən təhlükəsini minimuma endirə bilər. İqtisadi rifahın tələbi dünya ilə konstruktiv qarşılıqlı əlaqədir və biz iki-üç ölkənin umuduna qalmamalıyıq.

 

Teqlər