İyun 16, 2024 17:57 Asia/Baku
  • İmam Xamenei məhbusların əfvinə razılıq verib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bir neçə məhkumun amnistiyasına və ya cəzasının yüngülləşdirilməsinə razılıq verib.

Müəzzəm Rəhbər Qurban və Qədir-Xum bayramları münasibətilə ictimai və inqilabi məhkəmələr, silahlı qüvvələrin ədliyyə təşkilatı və məhkəmələr tərəfindən mühakimə olunan 2654 nəfərin əfv edilməsinə və ya cəzalarının azaldılmasına razılıq verib.İran Ədliyyə Naziri Höccətül-İslam vəl-Müslimin Möhsini Ejeyinin İslam İnqilabının Rəhbərinə yazdığı məktubda, Əfv və Bağışlanma Komissiyasında əfv işlərinə baxılan məhkumların əfv edilməsi və ya cəzalarının azaldılmasını təklif edib. Bu təklif Konstitusiyanın 110-cu maddəsinin 11-ci bəndi əsasında Həzrət Ayətullahul-Uzma Xamenei tərəfindən qəbul edilmişdir.

 

Teqlər