İyun 17, 2024 15:14 Asia/Baku
  • Üç Avropa ölkəsinin bəyanatı puç və etibarsızdır

Üç Avropa ölkəsinin bəyanatını pisləyən İran İslam Respublikası Xarici İşlər Nazirliyi bildiribdir ki: İranın nüvə proqramı həmişə tamamilə dinc məqsədli mahiyyətə malik olub və nüvə silahı İranın hərbi və müdafiə doktrinasında heç bir yerə malik deyildir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyi Almaniya, İngiltərə və Fransadan ibarət üç Avropa ölkəsinin İranın nüvə proqramı barədəki bəyanatını puç və etibarsız sayır, onun gerçəkliyə zidd iddiaları əhatə etdiyini bildirir və onu pisləyir.

Macəranın gülünc tərəfi budur ki, siyasi və qeyri-konstruktiv yanaşmaya malik olan və özləri nüvə anlaşmasının mövcud durumunun baniləri və məsulları olan ölkələr İranı bu anlaşmanın məzmununu puça çıxarmaqda ittiham edirlər.

İran İslam Respublikası öz hüquqları və vəzifələri çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı və konstruktiv anlaşmanı davam etdirməyə sadiq olmaqla, öz dinc məqsədli nüvə plan və layihələrini mühafizə üzrə əhatəli razılaşma və nüvə silahlarının yayılmaması paktına uyğun surətdə həyata keçirib, davam etdirəcək.

Təkid olunur ki, İranın dinc məqsədli nüvə fəaliyyətləri reaksiya mahiyyətli olmayıb, milli nüvə inkişafı proqramına əsasən, həmçinin beynəlxalq hüquq və öhdəliklər çərçivəsində davam edəcək və qərblilərin bu barədəki qeyri-düzgün gümanları onların digər xətaları kimi nəticə verməyəcəkdir.

İran İslam Respublikası həmişə anlaşma və konstruktiv dialoqa hazır olub və bu qənaətdədir ki, xoşməramlılıq, keçmişdə uğursuz və nəticəsiz qalmış siyasətə yoluxma hərəkətlərindən çəkinmə real yanaşma və ciddiyyəti göstərməklə yanaşı, bütün tərəflərin məsələ və mövzularına baxılmasına lazım olan predmetlərdir.