İyun 17, 2024 15:39 Asia/Baku
  • Müşriklərdən bəraət, proqramların önündə durmalıdır

Höccətülislam vəlmüslimin Hacı Əli Əkbəri Qurban bayramı namazı xütbələrində deyibdir ki: Hər yer və hər bir şəraitdə zalım Amerika və sionist rejim başda olmaqla müşriklərdən bəraət, proqramların önündə durmalıdır.

Tehranda Qurban bayramı namazının xitabətçisi höccətülislam vəlmüslimin Hacı Əli Əkbəri İnqilab Rəhbərinin/ hacıların builki müşriklərdən bəraət mərasiminə olan müraciətinə işarə ilə, söyləyib: İslam İnqilabının Böyük Rəhbərinin dediyinə görə, müqavimətli və məzlum Fələstin xalqının adı və xatirəsi həccdə, ondan sonra da hər yerdə və bütün şəraitlərdə əziz tutulmalıdır.

Qurban bayramı namazının xitabətçisi sonra deyibdir ki: Bu bəraət, mövsüm və miqatdan daha əhatəli şəkildə müsəlmansakinli ölkələr və şəhərlərdə, həmçinin dünyanın hər yerində davam etməlidir. Yəni təkcə bir gün, bir həftə bəraət deyil, ümumi bəraət olmalıdır- həmişə bu nişanə dalğalanmalıdır, inşaallah.

Tehranda Qurban bayramı namazının xitabətçisi vurğulayıb: Məncə, Yəmən xalqı bu istiqamətdə misilsiz bir meyardır. Rəhbərliyin bu təkidi ilə/ inşaallah, bizim “Amerikaya ölüm!” və “İsrailə ölüm!” fəryadımız da daim göylərə ucalmalıdır. İnşaallah, tezliklə bu div xislətli bədheybətin, bu alçaq və xəbis sionist rejimin ölümünün şahidi olacağıq.