İyun 23, 2024 11:57 Asia/Baku
  • “Livana qarşı müharibədə itirən tərəf mütləq sionist rejim olacaq”

İran İslam Respublikası Livana qarşı istənilən müharibə ilə bağlı İsrailə xəbərdarlıq edib.

İran İslam Respublikasının BMT-dəki nümayəndə heyəti bildirib ki, İran hökuməti Livanla müharibə ilə bağlı İsrailə sərt xəbərdarlıq edib.

Məlumata görə, İsrailin Livana qarşı hər hansı addımı bölgəni yeni münaqişəyə sürükləyə bilər.

İranın BMT-dəki nümayəndəliyi bu müharibənin itirən tərəfinin mütləq İsrail olacağını vurğulayıb.