İyun 24, 2024 19:47 Asia/Baku
  • Tehranda «Asiya Əməkdaşlıq Dialoqu»nun xarici işlər nazirlərinin iclası keçirilir

«Asiya Əməkdaşlıq Dialoqu»na üzv ölkələrin xarici işlər nazirlərinin iclası müxtəlif ölkələrdən olan qırx bir heyətin iştirakı ilə Tehranda keçirilib.

«Asiya Əməkdaşlıq Dialoqu»na üzv ölkələrin xarici işlər nazirlərinin iclası müxtəlif ölkələrin xarici işlər nazirləri və nümayəndələrindən ibarət qırx bir heyətin, habelə doqquz beynəlxalq təşkilatın baş katiblərinin iştirakı ilə Tehranda keçirilib.

İclas/ İranda prezident vəzifəsi icraçısının müraciətilə başlanıb. İran İslam Respublikası xarici işlər nazirliyinin başçısı Əli Baqiri-Kəni prezident vəzifəsinin icraçısı Məhəmməd Müxbirin müraciətini «Asiya Əməkdaşlıq Dialoqu»na qiraət edib.

Müraciətdə deyilir: Ümid edilir ki, iclasın uğurlu keçirilməsilə/ bu coğrafi miqyasda dostluq bağlarının möhkəmləndirilməsi, əməkdaşlıqlardan ibarət sıx şəbəkənin yaradılması və Asiya dəyərlərinin yüksəlişinə nəzarət edən qədim Asiya qitəsinin daha artıq birliyi istiqamətində digər bir addım atılacaq.

Müxbir öz müraciətində qeyd edibdir ki, İranın şəhid prezidenti və şəhid xarici işlər naziri ötən üç ildə İranın çoxtərəfli diplomatiyasının irəlilədilməsi istiqamətində təsirli rola və zəhmətə malik olublar. Onlar həmçinin multilateralizmə və Asiyamehvərliliyə xüsusi diqqət yetirməklə Qəzzənin şücaətli və müdafiəsiz əhalisinə salam göndərdi və ötən səkkiz ayda bəşəriyyət cəmiyyətini şoka salan və əlbəttə ki, hərəkətsizliyə qapandıran sionist rejimin cinayətləri və soyqırımının davam etməsini kəskin tərzdə pislədilər.

Müxbirin müraciətində deyilir: İran İslam Respublikası «Asiya Əməkdaşlıq Dialoqu»nda qabaqcıl bir dövlət kimi daim Asiyada iki və çoxtərəfli konstruktiv anlaşmaların gücləndirilməsi istiqamətində səy göstərməkdədir.

Yeni beynəlxalq qayda üçün həyati olan məsələ, Qərbin beynəlxalq maliyyə, pul, iqtisadi, siyasi və sistemlərdəki inhisarcasına hegemonçuluğuna son qoymaqdır və Asiya ölkələrinin iqtisadi və ticari cəhətlərdən daha artıq inteqrasiyası/ yuxarıda qeyd olunan hədəfə çatmağı asanlaşdırıb, sürətləndirəcəkdir.

 

Teqlər