İyun 26, 2024 15:00 Asia/Baku
  • Mehdi Səfəri: İranla Rusiya arasında saziş yaxın vaxtlar imzalana bilər

İranın xarici işlər nazirinin müavini Rusiya ilə hərtərəfli əməkdaşlığa dair sazişin imzalanmasına maneə olmadığını deyib.

Mehdi Səfəri qeyd edib ki, İran ilə Rusiya arasında imzalanacaq hərtərəfli əməkdaşlıq haqqında sazişin məzmunu artıq hazırdır və bu istiqamətdə heç bir maneə yoxdur :

“Fikrimcə, İran və Rusiya arasında imzalanacaq sazişin məzmunu artıq hazırdır, bununla bağlı hər hansı problem mövcud deyil. Belə düşünürəm ki, saziş yaxın vaxtlarda iki ölkənin rəhbəri tərəfindən imzalanacaq”,-Səfəri deyib.

Onun dediyinə görə, İran və Rusiyanın təsdiqlədikləri İran ilə Avrasiya İqtisadi Birliyi arasındakı sazişə əsasən mübadilələrdə yaxşı inkişaf var.

İran xarici işlər nazirinin müavini İranla Rusiya arasında hərtərəfli əməkdaşlığa dair sazişin imzalanmasından sonra İran, Rusiya və Avrasiya arasında ticarət məsələlərinin 30-40 faiz inkişaf edəcəyini proqnozlaşdırıb və bunu Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatı ilə BRİKS arasında bir çox ortaqlıqların olması ilə izah edib.

Mövzu ilə bağlı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da bildirib ki, rəsmi Moskva İranla hərtərəfli əməkdaşlığa dair sazişin tezliklə imzalanacağına ümid edir.

 

 

Teqlər