İyun 27, 2024 17:36 Asia/Baku
  • İran prezident seçkiləri dünyanın 95 ölkəsində keçiriləcək

Konstitusiyanın mühafizəsi Şurasının sözçüsü deyib: “14-cü prezident seçkiləri İran daxilində 95 min seçki məntəqəsində, eyni zamanda dünyanın 95 ölkəsində keçiriləcək.

Hadi Təhan Nəzif seçkilərin qanuni müddətinin 10 saat olduğu və səsvermə prosesinin rəsmi olaraq, sabah saat 8:00-da başlayacağını bildirərək, əlavə edib: "Qanuna əsasən, bu müddət uzadıla bilər və bu baxımdan ölkə daxili ilə ölkə xarici arasında heç bir fərq yoxdur".  

Qeyd edək ki, İran prezidentliyinə altı namizəddən Seyid Əmir Hüseyn Qazizadə Haşimi və Əlirza Zakanı seçkilərdə iştirak etməkdən imtina edib. 

Həmçinin İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin xarici medialar bölməsinin baş direktoru Əlirza Şirəvinin sözlərinə görə, indiyədək dünyanın 31 ölkəsindən, o cümlədən, Almaniya, Avstriya, İspaniya, İsveç, Avstraliya, Fransa, Amerika, İngiltərə, İtaliya, Azərbaycan Respublikası, Türkiyə, Çin, Danimarka, Rusiya, Yaponiya, Suriya, İraq, Oman, Şimali və Cənubi Koreyadan İranda keçirilən 14-cü prezident seçkilərinin işıqlandırılması üçün müraciətlər daxil olub.