İyul 02, 2024 14:02 Asia/Baku
  • Düzgün Vəd-2 əməliyyatı fürsətini gözləyirik

Sepah-ın aviakosmik qoşunlarının komandanı deyib: Düzgün Vəd-2 əməliyyatı fürsətinin çatmasını arzu edirik. Onda istifadə edilməli olacaq raketlərin sayını bilmirəm. Son nəfəsədək Fələstin xalqının yanındayıq.

General pasdar Hacızadə Qəzzədəki şəhid ailələrindən bir qrupunun qarşısında etdiyi çıxışında deyib: Fars Körfəzində Amerikanın təcavüzkar Qlobal Hauk təyyarəsinə qarşı əməliyyatda bu təyyarəni bir raketlə vurduq.

Sepah-ın aviakosmik qoşunlarının komandanı əlavə edib: Amerikaya qarşı ikinci əməliyyatda Əynüləsəd bazasını on üç raketlə vurduq. Üçüncü əməliyyatda və Düzgün Vəd əməliyyatında üç yüz raket atdıq.

General pasdar Hacızadə vurğulayıb: Düzgün Vəd-2 əməliyyatı fürsətinin çatmasını arzu edirik. Onda istifadə edilməli olacaq raketlərin sayını bilmirəm.

Sepah-ın aviakosmik qoşunlarının komandanı söyləyib: Fələstində baş verən bu hadisə və Əl-Əqsa Tufanı adı altında atılan addım, həmçinin Fələstin xalqından gördüyümüz müqavimətlə/ bu hərəkət Fələstin xalqının qələbəsinə gətirib çıxaracaq.

General pasdar Hacızadə əlavə edib: Doqquz aya yaxındır ki, sionistlərin amerikalı və avropalı hamilərinin himayəsilə sionist rejim canilərinin Fələstində törətdiyi cinayətlərin şahidiyik. Hər gün imperializm və sionist rejim tərəfindən günahsız Fələstin xalqına qarşı geniş miqyaslı cinayətlərin şahidiyik.

Sepah-ın aviakosmik qoşunlarının komandanı sonra söyləyib: Bütün xalqımız və rəsmilərimiz üçün bu səhnələr olduqca acıdır. Bizim üçün bu acılıq ikiqatdır. Qüdrətinə malik olsaq da, əllərimiz bağlıdır. Sionist rejimə qarşı birbaşa hərəkət edə bilməyimiz bizim üçün hazır deyil.

General pasdar Hacızadə vurğulayıb: Fələstində, Livanda və digər yerlərdəki əzizlərimizin silahlarından məlum olduğu kimi, daha məlumdur ki, İran tərəfindən yardım alıb, təmin edilirlər. Biz əlimizdən gələni əsirgəməmişik və əsirgəməyəcəyik də.

Sepah-ın aviakosmik qoşunlarının komandanı daha sonra söyləyib: Son nəfəsədək Fələstin xalqı və müqavimətinin yanındayıq və olcağıq da.

O, deyib: İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi, Fələstin xalqı mütləq qalib gələcək. Sizin müqavimətiniz və duruş gətirməyiniz doğrudan da vəsfolunmazdır.

General pasdar Hacızadə sözlərinə belə davam edib: Əmin olun ki, siz dünya tarixinin istiqamətini dəyişəcəksiniz və bu hadisə baş verəcək. Siz regionun və dünyanın tarixini dəyişəcəksiniz. Möhkəm surətdə və sonadək sizin yanınızdayıq və fələstinli əzizləri himayə istiqamətində əlimizdən gələni edəcəyik.