İyul 02, 2024 18:36 Asia/Baku
  • Prezident seçkilərinin 2-ci turunda rəqabət aparan iki namizəd arasında ilk teledebat

Dünən gecə 14-cü prezident seçkilərinin ikinci turunda rəqabət aparan iki namizəd Məsud Pezeşkian ilə Səid Cəlili arasında ilk teledebat baş tutub. Mədəni və siyasi mövzuları əhatə edən teledebat 2 saat davam edib.

İranın “Birinci kanalı”, “Səlamət Tv” və “Came-cəm 1,2,3” telekanallarından yerli vaxtla saat 21.30 -dan 23.30-dək canlı yayımlanan teledebatda prezidentliyə namizəd Məsud Pezeşkian seçkilərin birinci turunda səsvermə hüququna malik olanların 60 faizinin seçkilərdə iştirak etməməsinə diqqət çəkib və bunun üçün xalqın sözü və səsinin eşidilməli olduğunu vurğulayıb.

Pezeşkian bildirib ki, ölkənin möhkəmlənməsi və sabitlik üçün bütün etniklər və dini qrupların ölkənin idarəçiliyində iştirakına şərait yaradılmasını vacib hesab edib. O meyarın sadəcə ləyaqət olmasına təkid edib.

Məsud Pezeşkian prezidentin qanunları dəqiqliyi ilə icra etməli olduğunu və əks təqdirdə məsuliyyətə cəlb olunmasına diqqət çəkib. Hakimiyyət orqanlarını bütün vətəndaşlara eyni xidmətlər təqdim etməyə çağırıb.

Pezeşkian yoxsulluğun idarəçilikdəki zəiflikdən mənşə aldığını və xarici amillərlə əlaqədə olmadığını deyib. O vəzifəli şəxslərlə adi vətəndaşlar arasında fərqin olmamasını vurğulayıb.

Prezidentliyə namizəd Pezeşkian bildirib ki, hökumət xalqa qanunların icrasını tələb etməsi üçün imkan verməlidir. O həmçinin prezidentin verdiyi sözə əməl etməli olduğunu vurğulayıb. Pezeşkian məmurların qanunu və proqramı dərindən dərk etməsi və onun düzgün icrasını bacarmasını vacib hesab edib.

Pezeşkian siyasi qruplar arasında qarşıdurmanı məqsədə uyğun hesab etmədiyini deyib və birgə işləməyin böyük uğurlara səbəb olacağını deyib. O etirazçılara səmimi yanaşmağa onların tələb və istəklərini yerinə yetirməyə təkid edib.

Pezeşkian xarici siyasətdə əlaqələrin gücləndirilməsinə, islam inqilabının aliməqam rəhbərinin üç prinsipinə izzət, hikmət və məsləhət prinsiplərinə xüsusi diqqət çəkib. O sanksiyaların aradan qaldırılması üçün müzakirələrin nəticə verəcəyinə inandığını deyib.

Prezidentliyə digər namizəd Səid Cəlili müxtəlif sahələrdə xalqın iştirakının böyük əhəmiyyət kəsb etdiyini xatırladıb və İran üçün bir dünya fürsətin mövcud olmasına dair seçki şüarına diqqət çəkərək bildirib ki, bu sadəcə xalqın iştirakı ilə mümkün olur və bu iştiraka da hökumət zəmin yaratmalıdır.

Cəlili seçki rəqabətlərində əxlaqın hakim olmasına təkid edib və təşviqat kampaniyasının ilk günündən öz tərəfdarlarına etdiyi tövsiyəni xatırladıb: “Mənin dünyama görə öz axirətinizi məhv etməyin”.

Cəlili bəzi problemlərin Amerikadan deyil elə vəzifəli adamlardan mənşə aldığını dilə gətirib və qarşı cinahın hakimiyyətdə olduğun dövrdə 6-cı dövlət proqramının icrasında uğursuz olduğunu deyib.

Prezidentliyə namizəd Səid Cəlili bildirib ki, dövlətin və hökumətin vəzifəsi haqqı reallaşdırmaqdır. Hökumətin öhdəliyi olan bu mövzunu sövdələşmə mövzusuna çevirmək heç də bəyənilən hərəkət deyil.

Cəlili xalqı etirazlarına münasibət bildirərək onların sözləri eşidilmədikdə aksiya keçirdiklərini xatırladıb. O vurğulayıb ki, həqiqəti olduğu kimi xalqa dedikdə, onun problemlərinin həllinə səy göstərdikdə xalq razılaşır.

Cəlili qayğıkeşlik üzündən toxunulan məsələlərin kifayət etmədiyini xatırladıb və hamının qanunu icra etməli olduğunu vurğulayıb. O 7-ci dövlət proqramında 8 faizlik inkişafın reallaşşması üçün nazirlər və vəzifəli adamların proqramı tam dərk etməsi və onun həyata keçirilməsi üçün planlara malik olmalarını vacib hesab edib.

Cəlili hökumətin daha çox balanslaşdırma məsuliyyətini yerinə yetirməsini məqsədə uyğun hesab edib və xalqın istənilən fəaliyyətə cəlb edilməsinə təkid edib.

Cəlili İranın kosmosda tədqiqat aparan 6 ölkədən biri olacağına dair proqrama malik olduğunu deyib. O xarici siyasətin daxili siyasətin davamı olduğuna diqqət çəkib və bildirib ki, xarici siyasət ən çox ixtilaflı olduğumuz bir neçə ölkəyə məhdudlaşmamalıdır. Dünyada 200 ölkə var. Ortaqlıqların daha çox olduğu ölkələrə üstünlük verilməlidir.

Prezidentliyə namizəd Məsud Pezeşkian və Səid Cəlilinin ikiinci teledebatı bu gecə yerli vaxtla saat 21.30 -dan 23.30-dək canlı yayımlanacaq.