Sionistlərin cinayətləri qarşısında sükut, insanlıqdan uzaqdır
Sionist rejimin Qəzzədəki cinayətlərinə toxunan İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıbdır ki: Sionist rejimin törətdiyi bu qədər cinayət və vəhşilik qarşısında sükut və laqeydsizlik/ insani və əxlaqi məsuliyyətlərdən uzaqdır və ilahi məhkəmədə və insan vicdanının məhkəməsində rədd olunur və pislənir.
X sosial şəbəkəsindəki şəxsi səhifəsində sionistlərin Qəzzədə törətdikləri cinayətlərə işarə edən Nasir Kənani yazıbdır ki, Qəzzə zolağının sakinlərinə və Fələstinin vücuduna gələn dərd və çəkilən dağlar izaholunası deyildir.
Sözügedən dəhşətli cinayətlərin davam etməsində cinayətkar İsrail rejiminin hamilərinin, o sıradan Amerikanın məsuliyyəti adı hallanan rejimin məsuliyyətindən heç də az deyildir- deyən Kənani, belə qeyd edib: Amma bir belə cinayət və vəhşilik qarşısında sükut və laqeydsizlik/ insani və etik məsuliyyətlərdən uzaqdır və ilahi məhkəmədə və insan vicdanının məhkəməsində rədd olunur və pislənir.
Qəzzədəki müharibədən iki yüz yetmiş gün ötür. Sionist rejim bu zolağa qarşı hücumlarını şiddətləndiribdir. Sionist rejim qırıcıları bu gün səhər saatlarında Qəzzə zolağının cənubunda yerləşən Rəfəh və Xan Yunus şəhərlərini bombalayıblar.