İranın 9-cu prezidenti Məsud Pezeşkian kimdir?
Məsud Pezeşkian Təbriz Tibb Elmləri Universitetində tibb və ümumi cərrahiyyə üzrə peşəkar doktorluq dərəcəsinə, həmçinin İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə elmlər dərəcəsinə malikdir.
1954-cü il təvəllüdlü Pezeşkian Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində dünyaya göz açıb. Onun özünün dediyinə görə atası və anası Azərbaycan türküdür və əmək fəaliyyəti ilə bağlı kürd sakinli Mahabad şəhərində məskunlaşıbmışlar. Məsud Pezeşkian ibtidai təhsilini doğulduğu Məhabadda başa vurduqdan sonra vilayətin mərkəzi olan Urmiyə şəhərinə getmiş və orada Urmiyə Kənd Təsərrüfatı Texnikumunun qida sənayesi üzrə magistr dərəcəsinə yiyələnmişdir. Pezeşkian 1973-cü ildə hərbi xidmət üçün Sistan və Bəluçistan əyalətinin Zabul şəhərinə getməli olur.O, öz məharti ilə hərbi qulluqçu olarkən tibbi xidməti ilə fərqlənir. 1974-cü ildə hərbi xidməti başa vurduqdan sonra ikinci diplomunu təcrübi elmlər sahəsində qazanan Pezeşkian 1975-ci ildə Təbriz Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul olur. Məsud Pezeşkian İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə mütəxəssis dərəcəsinə malikdir. O, ilk dəfə dövlət xadimi kimi, 2001-05-ci illərdə Seyid Məhəmməd Xatəminin ikinci prezidentlik dövründə səhiyyə naziri vəzifəsini tutub. 2005-cı ildə Təbriz, Azərşəhr və Üskü seçki dairələrinin nümayəndəsi kimi parlamentə daxil olmuş, və o tarixdən növbəti parlament seçkilərində də xalqın səsini qazanaraq deputatlıq fəaliyyətini bu günədək davam etdirmişdir.10-cu parlament çağırışında spikerin birinci müavini seçilmişdir.