İyul 08, 2024 17:02 Asia/Baku
  • Kənani: ABŞ İrandakı dini demokratiyaya hörmət etməlidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ rəsmilərinin İranda keçirilən prezident seçkiləri ilə bağlı mövqelərini bu ölkənin İrana qarşı qeyri-konstruktiv siyasətlərinin dərinliyinin göstəricisi adlandırıb və deyib: "Vaşinqtondan İranda dini demokratiyaya hörmətlə yanaşması gözlənilir".

Nasir Kənani bu gün həftəlik brifinqdə deyib: "Şəhid prezident Seyid İbrahim Rəisinin şəhadətindən təxminən 50 gün sonra prezident seçkilərinin keçirilməsi və xalqın möhtəşəm iştirakı İranda dini demokratiyanın dərinliyini göstərdi".

Xarici İşlər Nazirliyinin sözçüsü sanksiyaların ləğvi ilə bağlı aparılan danışıqlarla bağlı suala cavab olaraq deyib: “Sanksiyaların ləğvi ilə bağlı aparılan danışıqlar, hər iki tərəfindən asılıdır və İran bu istiqamətdə bütün imkanlarından istifadə edəcək".

Kənani daha sonra qonşu ölkələrlə müxtəlif sahələrdə əlaqələrin təşviqini, həmçinin, regionda problem yaşanan bəzi ölkələrlə siyasi münasibətlərin bərpasını, təhlükəsizlik və sabitliyin bərqərar olması çərçivəsində regional və regiondankənar əməkdaşlığın möhkəmləndirilməsində İranın effektiv rolunu, beynəlxalq və regional təşkilatlarda səmərəli üzvlüyü, terrorizm fenomeni ilə məqsədyönlü mübarizəni 13-cü hökumətin Xarici İşlər Nazirliyinin nailiyyətlərindən və potensiallarından hesab edib. 

Kənani, həmçinin İranın Qafqaz böhranının həllində mühüm rolunu ölkənin regional təhlükəsizliyi təmin etmək səylərinə nümunə kimi göstərib.

Kənani söhbətlərinin başqa bir hissəsində deyib: "Sionist rejimin Livana qarşı hər hansı təcavüz bütün regionda qeyri-sabitliyə gətirib çıxaracaq və dünya bu rejimin avantürist hərəkətləri qarşısında qətiyyətlə dayanmalıdır".

Teqlər