Pezeşkiyan: Biz bütün gücümüzlə müqaviməti dəstəkləyəcəyik
https://azeri.sahartv.ir/news/İran-i412703-pezeşkiyan_biz_bütün_gücümüzlə_müqaviməti_dəstəkləyəcəyik
İran İslam Respublikasının yeni seçilmiş prezidenti müqavimətə var gücü ilə dəstək verəcəyimi açıqlayıb.
(last modified 2024-07-10T12:05:22+00:00 )
İyul 09, 2024 12:40 Asia/Baku
  • Pezeşkiyan: Biz bütün gücümüzlə müqaviməti dəstəkləyəcəyik

İran İslam Respublikasının yeni seçilmiş prezidenti müqavimətə var gücü ilə dəstək verəcəyimi açıqlayıb.

Məsud Pezeşkiyan Livan Hizbullahının lideri Seyid Həsən Nəsrullahın məktubuna cavabında yazıb: “Cənab Seyid Həsən Nəsrullah, hörmətli Livan Hizbullahının Baş Katibi:

Zati-alinizə salamlar və dərin təşəkkürlərlə, İran İslam Respublikasının prezidenti seçildikdən sonra sevgi dolu mesajınızı aldım.

İran İslam Respublikası həmişə region xalqlarının qeyri-qanuni sionist rejimə qarşı müqavimətini dəstəkləyib.

Müqavimətin dəstəyi İran İslam Respublikasının fundamental siyasətləri, İmam Rahilin (r.a) idealları və Aliməqamlı Rəhbər Ayətullahül-üzma Xameneinin göstərişlərindən qaynaqlanır və qüdrətlə davam edəcək. Məzlum Fələstin xalqını dəstəkləyir, bölgənin digər məzlum xalqlarını və müqavimət mehvərini himayə edəcəyik”.