Pezeşkiyanın andiçmə mərasimi iyulun 30-da keçiriləcək
Məsud Pezeşkian 2024-cü il iyulun 30-da İran İslam Respublikasının 9-cu prezidenti kimi parlamentdə and içəcək. İran Parlamentinin Rəyasət Heyətinin üzvü Muctaba Yusifi məlumat yayıb.
Parlamentin üzvü Muctaba Yusifi bildirib ki, andiçmə mərasimində yüksək səviyyəli İran rəsmiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən xarici qonaqlar da iştirak edəcək.
Qanuna əsasən, prezidentin andiçmə mərasimi İslam İnqilabının Rəhbəri tərəfindən prezidentin prezidentlik hökmünün təsdiqlənməsi mərasimindən sonra İran parlamentində keçiriləcək.
Konstitusiyanın 121-ci maddəsinə əsasən, seçilmiş prezident üzərinə götürdüyü vəzifələrin yerinə yetirilməsi üçün bütün istedadını, imkanlarını və səriştəsini sərf edəcəyinə and içəcək və nəhayət ifadələrinin altına imza atacaq.