İyul 10, 2024 18:05 Asia/Baku
  • Mütəhhəriəsl Vəliyyi-fəqihin Şərqi-Azərbaycan üzrə nümayəndəsi təyin edildi

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin hökmu ilə Höccətül-İslam Hacı Şeyx Əhməd Mütəhhəriəsl Vəliyyi-Fəqihin Şərqi Azərbaycan vilayəti üzrə yeni nümayəndəsi və Təbrizin imam cüməsi təyin edilib.

Ali Məqamlı Rəhbərin fərmanının mətni belədir:

Bismillahir-Rəhamir-Rəhim 

Cənab Höccətül-islam Hacı Şeyx Əhməd Mütəhhəriəsl (Damət Efazatoh)

Təbrizin sevilən, zəhmətkeş və görkəmli imam cüməsi, vəfatı Azərbaycan əhalisi üçün itki olan mərhum xidmət şəhidi Höccətül-İslam Ali-Haşimin (Allah ona rəhmət etsin) vəfatından böyük təəssüf hissi keçirdiyimi bildirir, o mərhumun onun öz faəliyyətlərində xalq və xidmət prinsiplərini rəhbər tutmasını yüksək qiymətləndirərək, sizi onun yoldaş və həmkarlarından biri olmuş, gözəl düşüncəsi və əməlləri ilə tanınan bir şəxsiyyət kimi Şərqi Azərbaycan vilayəti üzrə öz nümayəndəm və Təbrizin imam cüməsi təyin edirəm. 

İnanıram ki, cümə imamlığı vəzifəsi Təbrizin mömin, şücaətli və inqilabçı əhalisinin üstün xüsusiyyətləri ilə layiqli şəkildə tənasüblük təşkil edəcək,elm, ixlas, birlik və aydınlatma mömin və hərarətli xalq kütlələri, xüsusilə gənclərlə olan qarşılıqlı əlaqələrin mərkəzində duracaq, tanınmış alimlər, universitet fəalları, müdrik insanlar və inqilaçı heyətlərlə səmimi əlaqələr, cəmiyyətin fədakarları və zəif təbəqələrin dərdinə şərik çıxmaq daim diqqət mərkəzində olacaq.

Allahdan sizə uğrular diləyirəm

Seyid Əli Xamenei

Teqlər