İranın keçmiş XİN rəhbəri yeni hökumətinin tərkibindən danışdı
Zərif: Yeni hökumət koalision deyil, milli birlik kabineti olacaq
İran İslam Respublikasının keçmiş XİN rəhbəri Məhəmməd Cavad Zərif bəyan edib ki, yeni hökumət koalision deyil, milli birlik kabineti olacaq.
Yeni hökumətin üzvlərinin seçilməsi üzrə təşkilat şurasının sədri, keçmiş xarici işlər naziri İran televiziyasına müsahibəsində yeni hökumətin elmi əsaslarda formalaşacağını, bu metodun yeni olduğunu qeyd edib. Sədr bildirib ki, inqilabdan sonra hökumətin formalaşmasında xalqın yeni iştirakı prosesi qurulub: “Başqa ölkələrdə hökumət adətən partiyalar tərəfindən qurulur. Biz bu prosesin daha şəffaf olmasına çalışmışıq”.
Zərif sonra vurğulayıb: “Nazirlərin seçimi prezidentin ixtiyarındadır və onlar məsləhətləşmələr aparır: “Bu şurada beş işçi qrupu var - Daxili işlər, Müdafiə, Kəşfiyyat, Ədliyyə, Xarici İşlər nazirlikləri. Atom Enerjisi Təşkilatına dair təklifləri İşçi Qrupu verəcək. Buna mən cavabdehəm. Təbii ki, qadın vitse-prezidentlər istisna olmaqla, vitse-prezidentlər bura daxil deyil. Biz nazirlər və təşkilatlarla bağlı təqdimatlar edirik”.
Keçmiş nazir bildirib ki, saflıq, milli rəftar, İslam Respublikasına iman, ən yaxşı ustad və xalqın nəzəri başlıca meyardır.