İyul 21, 2024 16:05 Asia/Baku
  • İran xunta İsrail rejiminin Yəmənə etdiyi hücumu şiddətə pislədi

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sionist rejimin Yəmənin Hudeydə limanına etdiyi hava hücumlarını qətiyyətlə pisləyib.

Qeyd edək ki, ximta sionist rejim qırıcıları ötən gün axşam saatlarında Yəmənin qərbindəki Hudeydə liman şəhərinə etdiyi hava hücumu nəticəsində üç nəfər şəhid olub, 80 nəfər isə yaralanıb. Yaralıların ağır yanıqlar aldığı bildirilir.

Yəmənə edilmiş bu təcavüzə və vəhşi hücuma İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani reaksiya bildirərək deyib ki, uşaq qatili İsrail rejiminin belə bir təhlükəli rəftarları nəticəsində bölgədə gərginliyin artması və müharibənin genişlənməsi riskini daha da artırmış olacaq.

Nasir Kənani daha sonra Qəzznin müdafiəsiz əhalisinə qarşı davamlı şəkildə aparılan qırğınlar və anklavın hərtərəfli mühasirəyə alınmasının bölgədə davam edən gərginliyin əsas və köklü səbəbi hesab edib.

 “Sionist rejimin Fələstində, xüsusilə də Qəzzə zolağında təcavüzü davam etdikcə, bölgəyə sülh bərpa edilməyəcək”-deyə mətbuat katibi əlavə edib.

Kənani sionist rejim və onun havadarlarını, xüsusilə ABŞ hökumətini Qəzzədə törədilən cinayətlərin hələ də davam etdirilməsində və Yəmənə qarşı avantürist hücumların təhlükəli və gözlənilməz nəticələrinə görə bilavasitə məsuliyyət daşıdığını vurğlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra Yəmənin Hudeydə limanına edilmiş hücumlarda şəhid olanlara rəhmət, ailələrinə səbr, yaralıların isə isə tezliklə şəfa tapmasını arzu edib.