İyul 23, 2024 19:04 Asia/Baku
  • İran narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə əməkdaşlığa hazırdır

İran daxili işlər naziri deyib: İran İslam Respublikası qabaqcıl ölkə kimi regional və beynəlxalq strukturlar və orqanlarla narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə əməkdaşlığa hazırdır.

İraqla qonşu ölkələrin narkotik maddələr qaçaqmalçılığı ilə mübarizə üzrə ikinci regional konfransı üzv ölkələrin nazirləri və İran İslam Respublikası, Ərəbistan, İordaniya, Küveyt, Türkiyə, Misir, Suriya və Livanın narkotik maddələrlə mübarizə polisi sədrlərinin iştirakı ilə Bağdadda keçirilib.

İran İslam Respublikasının daxili işlər naziri Əhməd Vəhidi müxbirlərlə müsahibədə aparılmış danışıqları şərh edərkən belə deyib: İclasda iştirak edən heyətlər daha artıq müşayiət və inteqrasiyanı artırmaq üzrə öz nəzər və baxışlarını təqdim etdilər. Sonda/ regionda  narkotik maddələr qaçaqmalçılığı ilə təsirli mübarizə üçün qonşu ölkələrin daha artıq həmkarlıqlarının vacibliyi və irəliləyişlər mövzusu ilə bir bəyanat qiraət edildi.

Vəhidi bu iclası Bağdad tərəfindən irəli sürülən çox yaxşı və təsirli bir təşəbbüs adlandırıb.

Bu regional konfransın növbəti iclasının gələn il Tehranda keçiriləcəyini qeyd edən İran daxili işlər naziri deyibdir ki: İclasda iştirak edən heyətlər regionda narkotik maddələr və silahların qanunsuz köçürülməsi və təhlükəsizlik mövzuları da daxil olmaqla müxtəlif sahələrdə qarşılıqlı müşayiət və əməkdaşlığın davam etdirilməsi ətrafında fikir mübadiləsi və araşdırmalar aparıblar.