Qonşuluq siyasəti öz bəhrəsini verir
İranın qonşuları ilə ticarət dövriyyəsi 19 milyard dolları ötüb
İyul 26, 2024 15:25 Asia/Baku
Cari günəş ilinin ilk dörd ayında İranın qonşu dövlətlərlə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 19 milyard 820 milyon dollar təşkil edib.
Bildirilib ki, ötən ilin uyğun dövründə bu rəqəm 18 milyard 687 milyon dollar olub.
Qonşu dövlətlərlə ticarət əlaqəsi son dörd ildə artaraq 60 milyard 700 milyon dollar təşkil edib. Dörd il əvvəl isə bu göstərici 36 milyard 500 milyon dollar olub.
Məlumata görə, hesabat dövründə qonşular arasında İran ən çox Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İraqla ticarət əlaqəsi saxlayıb.