İran İslam Respublikasının seçilmiş prezidenti ABŞ konqresmenlərini tənqid etdi
Pezeşkiyan: Günahsız qanı heç vaxt zalımdan əl çəkməyəcək
İyul 26, 2024 15:30 Asia/Baku
İran İslam Respublikasının yeni seçilmiş prezidenti sionist rejimin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresində alqışlanmasına münasibət bildirib.
İRNA-nın məlumatına görə, yeni seçilmiş prezident Məsud Pezeşkiyan X sosial şəbəkəsindəki istifadəçi hesabında sionist rejimin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresində iştirakı və çıxışına cavab olaraq yazıb: “Nə günahsız insanların və kimsəsiz uşaqların öldürülməsi cinayətinə göz yummaq olar, nə də bir cinayətkarı ayaq üstə alqışlarla təmizə çəxarmaq mümkündür”.
Prezident qeyd edib ki, günahsız qanı heç vaxt zalımdan əl çəkməyəcək.