İyul 29, 2024 17:23 Asia/Baku
  • İrandan İsrail rejiminə bir daha sərt xəbərdarlıq

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sionist rejimin işğal etdiyi Colan bölgəsində Məcdəl Şəms hadisəsini bəhanə edərək Livana qarşı hər hansı yeni avantüraları haqda sərt xəbərdarlıq edib.

İran Xarici İşlər Nazirliyinin teleqram kanalının məlumatına görə, diplomatik xidmətin sözçüsü Livan Hizbullahının bəyanatına və bu ölkənin bəzi yüksək rütbəli rəsmilərinin Məcdəl Şəmsə hücumundakı rolunun inkar edilməsinə istinad edərək bildirib ki, Qəzzədə on ay davam edən kütləvi qırğınlardan və eləcədə minlərlə qadın və uşağın qətliamından sonra İsrailin aparteid rejimi saxta ssenari ilə ictimai rəyi və dünyanın diqqətini Fələstində törətdiyi kütləvi cinayətlərdən yayındırmağa çalışır.

“Sionist rejimin Məcdəl Şəms bölgəsində baş verən hadisəyə münasibət bildirməsi və hər hansı bir mühakimə etməsi üçün ən kiçik səlahiyyətə belə malik deyil. Və bu rejimin digər tərəflərə qarşı iddiaları da dinlənilməyəcək”-deyə Nasir Kənani əlavə edib.

İran diplomatik qurumunun sözçüsü təcavüzkar sionist rejimin avantüralarına qarşı Livan və regionun sabitlik və təhlükəsizliyinə dəstək verməyi beynəlxalq ictimaiyyətin, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məsuliyyəti hesab edərək qeyd edib ki, Sionist rejimin istənilən cahil hərəkəti regionda qeyri-sabitlik, əmin-amanlıq və müharibənin genişlənməsinə səbəb olmaqla yanaşı bu rejim belə bir axmaq addımlarının yarada biləcəyi gözlənilməz nəticələri və reaksiyaları üçün qəti və əsas məsuliyyət daşıyan tərəf olacaqdır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerika hökumətinə tövsiyə verərək bir daha vurğulayıb ki, Qəzzə zolağında və İordan vadisində yaşayan fələstinlilərə qarşı on aydır törədilmiş cinayətlərdən sonra sionist rejimi davamlı olaraq kütləvi qırğın silahları ilə silahlandırılmasından çəkinilməli və bu rejimin cinayətkar baş nazirini tərifləmək əvəzinə, dünya qarşısında öhədədar olduğu beynəlxalq sülh, təhlükəsizlik və mənəvi məsuliyyətini yerinə yetirməlidir. Birləşmiş Ştatları sionist rejiminə yeni müharibə ocağı yaratmasına icazə verməməli və genişlənəcək alovun qarşısını almalıdır.

 

 

Teqlər