Dünya mediası Ali Rəhbərin İran prezidentini təsdiq etməsi mərasimindən yazdı
İranın yeni prezidentinin icra hökmünün İslam İnqilabının Ali Məqamlı Rəhbəri tərəfindən icrası mərasimi dünya mediasında geniş işıqlandırılıb.
28 iyul İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullahul-Uzma Xamenei tərəfindən yeni prezident Məsud Pezeşkianın prezidentliyinin təsdiqlənməsi mərasimi keçirilib. Bu mərasim dünyanın müxtəlif mətbuatlarında geniş şəkildə işıqlandırıb.
Mərasim haqda xəbərində “Əl-Məyadin” telekanalı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneidən sitat gətirərək, müqavimətin gücünün getdikcə artdığını və İsrailin onu qıra bilmədiyini yazıb.
İran prezidentinin fərmanının təsdiqini işıqlandıran Livanın xəbər agentliyi, İranın yeni prezidenti Pezeşkianın "İran güclü olmalı və sosial ədaləti daha möhkəm bərqərar etməli və ölkə vətəndaşlarının azadlıq və hürriyyətini təmin etməldir"-dediyi ifadəni manşet edib.
"Əl-Cəzirə" telekanalı da televiziya proqramını kəsərək prezidentin təsdiq hökmünün mərasimini canlı yayımlayaraq öz internet səhifəsində Məsud Pezeşkiana istinadən yazıb ki, İranın yeni prezidenti təsdiq mərasimində öz prioritetlərindən danışıb.
Həmçinin Çinin “CGTN” xəbər saytı "Məsud Pezeşkianın prezident fərmanı bazar günü İslam Respublikasının lideri tərəfindən keçirilən mərasimdə rəsmi olaraq təsdiqlənib"-deyə manşet vurub.
Fransa xəbər agentliyi də Məsud Pezeşkianın təsdiq mərasimindən yazaraq bildirib ki, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei Məsud Pezeşkiana İran İslam Respublikasının 9-cu prezidenti kimi təsdiqləyib. Həzrət Ayətullah Xamenei İranın yeni prezidentinin təsdiq fərmanında 14-cü prezident seçkilərinin dinc şəkildə keçirilməsini xalqın iftixarından biri hesab edərək, ölkənin siyasi atmosferinin rasional idarəçilikdən və mətanətli mövqeyindən xəbər verdiyini və İranın seçilmiş prezidentinin müdrik, sədaqətli, sevilən və alim bir insan kimi təqdim edib.