İyul 30, 2024 19:28 Asia/Baku
  • Bu gün İslamın ən uca bayrağı Qəzzə əhalisinin əlindədir

İnqilab Rəhbəri Həmas hərəkatının siyasi bürosunun sədri və Fələstin İslami Cihad Hərəkatının baş katibi ilə görüşdə buyurublar ki, nu gün İslamın ən uca bayrağı Qəzzə əhalisinin əlindədir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün günortadan qabaq Həmas hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyyə və Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ənnəxalə ilə görüşdə məzlum Qəzzə əhalisinin nadir müqavimətini yüksək dəyərləndirib və belə vurğulayıblar: Bu gün İslamın ən uca bayrağı Fələstin xalqı və Qəzzə əhalisinin əllərindədir və bu müqavimətin hesabına İslamın daha geniş yayılmasına zəmin yaranıbdır.

İnqilab Rəhbəri islami mütəfəkkirlərin həmişəki əsas məsələlərindən birinin/ İslamın yayılması və İslami cəmiyyət barədə bir meyarın təqdim olunması tərzi adlandırıb və belə əlavə ediblər: Hazırkı zaman kəsiyində İslama günbəgün artan təmayül Fələstin xalqı və Qəzzə əhalisinin əzəmətini göstərir.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Müqavimətin əzəmətinin əsas amili, Qəzzə əhalisi və qərb sahilinin sakinləridir. Fələstin xalqı və müqavimət qüvvələrinin ilahi müjdələr, himayə və yardıma şamil olacaqlarına ümid edirik.

Görüşdə İsmayıl Həniyyə İranın yeni prezidentinin seçilməsini təbrik edib və İranda son seçkilərin keçirilməsini islami təfəkkürə əsaslanan demokratiyadan bir cilvə adlandırıb. Cənab Pezeşkiyanla görüşünə işarə edən İsmayıl Həniyyə deyib: Biz bu görüşdə bir daha İran İslam Respublikasının Fələstin məsələsi və müqavimət cərəyanı qarşısındakı yaxşı və möhkəm mövqeyinin şahidi olduq. Biz bu məsələdən iftixar hissi keçirdik.

Qəzzədə və qərb sahilindəki son siyasi və döyüş durumunu şərh edən Həmas hərəkatının siyasi bürosunun sədri belə deyib: Dünən Qəzzə müharibəsinin üç yüzüncü günü idi və hazırda Fələstin xalqı və müqavimət qüvvələrinin öz qəhrəmanlıqları və qələbələrini təsbit etmələri üzrə həssas və tarixi mərhələyə çatmışıq.

Görüşdə həmçinin Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ənnəxalə cənab Pezeşkiyanın İranın yeni prezidenti seçilməsini təbrik edib və onun Fələstin və müqavimətə dəstək istiqamətindəki mövqeyini yüksək qiymətləndirib. Bildiribdir ki: Həmas və İslami Cihad liderlərinin bugünkü görüşdəki birgə iştirakları Fələstindəki müqavimət qüvvələrinin birliyinin simvolik nişanəsidir. Bu birlik hesabına, regiondakı müqavimət cəbhəsi arasındakı əməkdaşlıq və koordinasiya da özünün ən yaxşı vəziyyətindədir.

Qeyd edək ki, on dördüncü prezident seçkilərinin andiçmə  mərasimində iştirak etmək üçün Tehrana səfər etmiş Tacikistanın prezidenti İmaməli Rəhman və Ermənistanın baş naziri Nikol Paşinyan da bu gün səhər İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei ilə görüşüblər.

 

Teqlər