Dünyanın 13 ölkəsindən gəlmiş İmam Hüseynin (ə) əzadarlıq xadimləri və pirqulamları Kermanda toplandı
Bir ömürü Əhli-Beyt (ə) yolunda saç-saqqalını ağartmış İmam Hüseynə (ə) əzadarlıq mərasimlərində xidmət göstərən xadimlərin, ağsaqqalların 21-ci beynəlxalq toplantısı yerli və xarici qonaqların eləcə də media nümayəndələrinin iştirakı ilə Kermanda başlayıb.
Hüseyni pirqulamlar və xidmətçilərin şəninin uca tutulması məqsədilə 21-ci beynəlxalq toplantı ötən gün Kerman şəhidlərinin, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin keçmiş komandanı, şəhid general-leytenant Qasim Süleymaninin dəfn edildiyi Kermanın Şəhidlər Məzarlığında keçirilib.
Bu Hüseyni Pirqulamlar Beynəlxalq Konfransında İran və 13 ölkədən 500-ə yaxın qonaq iştirak edir.
Qeyd edək ki, bu mənəvi əzadarlıq mərasimi Kermanda avqustun 1-dək “Kerman, İranın Hüseynabadı” şüarı ilə davam edəcək.