İyul 31, 2024 12:06 Asia/Baku
  • Prezident Pezeşkian şəhid Həniyə ilə bağlı paylaşım etdi

Prezident Məsud Pezeşkian rəsmi "X" səhifəsinə şəhid Həniyəyə qarşı olan sui-qəsd barədə paylaşım edib.

Prezident Pezeşkian yazıb:

"Bu gün əziz İran öz kədər və sevinc şəriki, müqavimət yolunun daimi və fəxr dolu yoldaşı, Fələstin müqavimətinin cəsur lideri, Qüds şəhidi Hacı İsmayıl Həniyə üçün kədərə qərq olub. Dünən onun qalib əlini qaldırdım və bu gün isə onu çiyinlərimdə son mənzilə yola salmalıyam.Şahadət yalnız ilahi insanların hünəridir. İki qardaş olan İran və Fələstin xalqı arasındakı bağ əvvəlkindən daha möhkəm olacaq və məzlumların müqavimət və müdafiə yolu hər zamankından daha möhkəm davam edəcək. İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəf və başucalığını qoruyacaq və işğalçı terrorçuları öz qorxaq əməllərinə görə peşman edəcək.

«إِنَّ اللَّهَ عَزِيزٌ ذُو انْتِقَامٍ»

Həqiqətən, Allah məğlumedilməz intiqam alandır”