İnqilab Rəhbəri: "Əziz qonağımızın qan qisasını özümüzə borc bilirik"
Allahın adı ilə "Biz Allahınıq və Ona tərəf qayıdacağıq"
“Bağışlayan və Mehriban Allahın adı ilə
İnna lillah və inna iləyhi raciun (إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ)
Hörmətli İran xalqı! Şücaətli lider və görkəmli fələstinli mücahid cənab İsmayıl Həniyyə dünən gecə saatlarında Allahın dərgahına qovuşdu və ulu müqavimət cəbhəsi əzadar oldu. Cinayətkar və terrorçu sionist rejim əziz qonağımızı evimizdə şəhid etdi, bizə qəm yarası vurmaqla özü üçün ağır bir cəzaya zəmin hazırlamış oldu.
Şəhid Həniyyə uzun illər şərəfli mübarizə meydanında öz dəyərli canından keçmiş, şəhadətə hazır biri olaraq övladlarını, özündən olan hər kəsi bu yolda fəda etmişdir.
O, Allah yolunda şəhadətindən, Allah bəndələrinin xilaskarlığından bir an belə qorxmurdu. Lakin, biz İslam Respublikasında baş vermiş bu acı və ağır hadisədə onun qan qisasını almağı özümüzə borc bilirik.
Mən öz növbəmdə İslam ümmətinə, müqavimət cəbhəsinə, şücaətli və başı uca Fələstin xalqına, xüsusilə də şəhid Həniyyənin və onunla birlikdə şəhid olmuş köməkçilərindən birinin ailəsinə və sağ qalanlarına başsağlığı verir, Allah-Təaladan onların ali dərəcəli məqamlarının daha da yüksəlməsini diləyirəm."