İyul 31, 2024 15:31 Asia/Baku
  • SEPAH: Sionist terrorçular sərt və ağrılı cavabla üzləşəcəklər

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH HƏMAS-ın siyasi bürosunun rəhbərinin terroru fonunda verdiyi ikinci bəyanatda vurğulayıb: Şübhə yoxdur ki, sionist rejimin törətdiyi bu cinayət güclü və böyük müqavimət mehvərinin, xüsusilə də İran İslam Respublikasının sərt və ağrılı cavabı ilə üzləşəcək.

SEPAH ikinci bəyanatında bildirib: Bu cinayət göstərdi ki, cinayətkar, qatil və terrorçu sionist banda beynəlxalq qayda və qanunlara lməhəl qoymadan Qəzzədə doqquz aydır davam edən və minlərlə fələstinli qadın, kişi və uşağın qətliamına səbəb olan müharibənin biabırçı uğursuzluqlarını ört-basdır etmək üçün heç bir vəhşi cinayət törətməkdən çəkinmirSEPAH əlavə edib: "Şübhə yoxdur ki, sionist rejimin törətdiyi bu cinayət güclü və böyük müqavimət mehvərinin, xüsusilə də İran İslam Respublikasının sərt və ağrılı cavabı ilə üzləşəcək və "Qüds Şəhidi" İsmayıl Həniyyənin mücahidətlərinin bərəkətləri hüquqlarının və amallarının müdafiəsində Fələstin xalqına kömək edəcək".

Teqlər