Qalibaf:
Həniyyənin terror edilməsinə lazımi vaxt və yerdə cavab vermək bizim borcumuzdur
İran parlamenti, İslam Şurası Məclisinin sədri HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyənin terroru və şəhadətinə cavab olaraq, bildirib: "Bu cinayətə lazımi vaxt və yerdə cavab vermək bizim borcumuzdur".
Məhəmməd Baqir Qalibaf bu gün, cümə axşamı şəhid Həniyyənin cənazəsinin müşayiət olunması mərasimində etdiyi çıxışında əlavə edib: "Şəhid Həniyyənin iki-üç ay əvvəl İrana səfəri zamanı onunla görüşümdə qatil sionist rejimin cinayətlərindən danışdıq. Şəhid Həniyyə dedi ki, siz bu gün Qəzzədə olan müqaviməti görürsüz. Bütün xalq və iki milyondan çox insan dayanıblar və Qəzzəni tərk etmirlər. Bunun yeganə səbəbi budur ki, bu insanlar Quran mədəniyyəti və Əhli-beyt (ə) məktəbində böyümüş və tərbiyə almışlar.
Qalibaf əlavə edib: "Bu gün həmin mədəniyyətdir ki, sionist rejimin mövcudluğunu və mövcudluq fəlsəfəsini təhlükə altında qoyur və istər Fələstinin dostları olsun, istərsə də bu varlığın himayədarları olsun, dünyanın gözü qarşısında onu məhvini tərsim edir və hər kəs sionist rejimin mahiyyətini və onun əslini anlayır.
Qalibaf davamında deyib: "Biz Əl-Əqsa Tufanı əməliyyatı ilə cinayətkar sionist rejimin sağ qalması üçün bütün elementlərin və mövcudluq fəlsəfəsinin çökdüyünü gördük. Gördünüz ki, az sayda döyüşçü bu əməliyyatı həyata keçirərək, sionist rejimin yenilməzlik mifini necə darma-dağın etdi.
O vurğulayıb ki, xalqdan qaynaqlanan müqavimət qrupları öz imkanları ilə sionist düşmənin qarşısında dayanaraq, öz dini vəzifələrini yerinə yetirirlər və ilahi qələbənin yaxın olduğuna inanırlar.
İslam Şurası Məclisinin sədri Livan və Tehranda müqavimət liderlərinin terror edilməsini sionist rejimin zəifliyinin göstəricisi hesab edib və deyib: "Bu terrorlar və hərəkətlər hərəkatımızın fəaliyyətinə heç bir təsir göstərməyəcək. Sionist rejim əgər bu şəhidlərin şəhadətinin bizim hərəkatımıza təsir edəcəyini düşünürsə, səhv edir".
Qalibaf sonda deyib: "Sionist rejimin ikinci səhvi odur ki, Ali Məqamlı Rəhbərimizin vur-qaç dövrünün sona çatdığına dair açıqlamalarına diqqət yetirmədilər. Biz bu terrorun cinayətkar Amerikanın dəstəyi və kordinasiyası ilə həyata keçirildiyini bilirik, baxmayaraq ki, onlar mediada elan edirlər ki, bundan xəbərimiz yox idi. Sionist rejim İranın hava məkanını pozaraq, həyata keçirdiyi bu qorxaq hücumun bədəlini ağır ödəyəcək. Bu cinayətə lazımi vaxt və yerdə cavab vermək bizim borcumuzdur.