İƏT XİN başçılarının fövqəladə toplantısı çağırılıb
https://azeri.sahartv.ir/news/İran-i413266-İƏt_xİn_başçılarının_fövqəladə_toplantısı_çağırılıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqri ilə telefonla danışıb.
(last modified 2024-08-01T05:14:23+00:00 )
Avq 01, 2024 09:10 Asia/Baku
  • İƏT XİN başçılarının fövqəladə toplantısı çağırılıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqri ilə telefonla danışıb.

Bu məlumata əsasən, tərəflər HƏMAS lideri İsmayıl Həniyyənin Tehranda İsrail rejiminin terroruna məruz qalmasını müzakirə edib. İran rəsmisi bu addımın regional təhlükəsizlik və sabitliyə ciddi təhlükə yaradacağını bildirib.

O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırıb.

Ə.Baqiri həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysəl bin Fərhan ilə də telefonla danışıb. Tərəflər İƏT XİN rəhbərlərinin təcili toplantısının çağırılması barədə müzakirələr aparıblar.

İyulunn 31-i səhər saatlarında Fələstinin HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyənin İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrail rejiminin hücumu nəticəsində şəhadətə çatdığı elan edilib.