Avq 01, 2024 19:38 Asia/Baku
  • Ərəbistan kralı İranla əlaqələrin genişləndirilməsinə təkid edib

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Ali Səud İran prezidenti Məsud Pezeşkiana yazdığı məktubda Ər-Riyad və Tehran arasında əlaqələrin genişləndirilməsinə, regional və beynəlxalq təhlükəsizlik və sülhün təşviqi məqsədilə koordinasiya və məsləhətləşmələrin davam etdirilməsinə ümid etdiyini bildirib.

Səudiyyə Ərəbistanının “SPA” xəbər agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz İranın yeni Prezidenti Məsud Pezeşkiyana iki ölkə arasındakı ikitərəfli əlaqələrlə bağlı mesaj göndərib.

Bu məktubu Səudiyyə Ərəbistanının daxili işlər naziri, Nazirlər Şurasının üzvü və Kral Salmanın müşaviri şahzadə Mənsur bin Mutəb bin Əbdüləziz Tehranda onu qarşılama mərasimində prezident Pezeşkiyana çatdırıb.

Şahzadə Mənsur Kral Salmanın və vəliəhd Məhəmməd bin Salmanın prezidentə salamlarını, İran hökuməti və xalqı üçün tərəqqi və rifah arzularını ona çatdırıb.

Kral Salmanın Pezeşkiyana göndərdiyi məktubun bir hissəsində bildirilir: "Sizə səmimi təbriklərimizi, uğurlar və firavanlıq arzularımızı göndərməkdən məmnunuq".

Səudiyyə Ərəbistanının Kralı iki ölkə və qardaş xalqlar arasında əlaqələrin davamlı inkişafına, regional və beynəlxalq təhlükəsizlik və sülhə kömək etmək üçün koordinasiya və məsləhətləşmələrin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.