İranın müvəqqəti XİN başçısından xəbərdarlıq
Əli Baqiri: Əgər İsrail dayandırılmasa, region və dünya təhlükə altında olacaq
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani İordaniyanın xarici işlər naziri Əymən əs-Səfədi ilə ilə telefon danışığı zamanı bildirib ki, əgər sionist İsrail dayandırılmasa, region və dünya təhlükə altında olacaq.
Baqiri Kəni deyib: “İsrail 10 ay Qəzzə zolağında qan və dağıntılar törədib və indi cinayətlərini Livan, İran və Yəmənə qədər genişləndirib, əgər Təl-Əviv dayandırılmasa, Yaxın Şərq regionunda və bütün dünyada sülh təhlükə altında olacaq”.
İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı isə bildirib ki, Təl-Əviv İranda HƏ*M@S Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyəni öldürməklə "qırmızı xətti keçib" və Tehran öz milli təhlükəsizliyini qorumaq üçün qanuni hüququndan istifadə edəcək.
O, qeyd edib ki, ABŞ və Avropa ölkələri Tehranda şəhid edilən İsmayıl Həniyyənin qətlinin BMT Təhlükəsizlik Şurasında pislənməsinin qarşısını alıb.
Qeyd olunub ki, Rusiya XİN başçısı Sergey Lavrov İsmayıl Həniyyənin İsrail tərəfindən öldürülməsini qəti şəkildə qınayıb və vurğulayıb ki, Rusiyan BMT Nizamnaməsinin Dostlar Qrupu çərçivəsində bu terror aktını pisləyən bəyanat hazırlayıb və tezliklə yekunlaşacaq.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov bundan öncə Həniyyənin həyatına qarşı sui-qəsdi tamamilə qəbuledilməz siyasi qətl adlandırıb.