İran terror dövlətinə xəbərdarlıq edir
Kənani: Tüğyankar rejim ədalətsevər xalqların qəzəbinə tuş gələcək
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sosial şəbəkədə sionist rejimin Fələstində müharibə cinayətləri və soyqırımı davam etdirməsi, bölgədə və dünyada terroru inkişafı etdirməklə Fələstin, region və dünya xalqlarının qəzəbinə tuş gələcəyini vurğulayıb.
Nasir Kənani X sosial şəbəkəsində bildirib: “Tüğyankar və irqçi İsrail rejiminin dünyanın ədalətsevər xalqları və hökumətlərinin qəzəb və atəş fırtınalarına tuş gələcəyi çox da uzaq deyil”.
Hökumət rəsmisi qeyd edib ki, sionist rejim Fələstində hərbi cinayətləri və soyqırımları davam etdirməklə, ölkələrin suverenliyi və ərazi bütövlüyünü kobud şəkildə pozması, regionda və dünyada terrorizmi inkişaf etdirmək, beynəlxalq sülh, sabitlik və təhlükəsizliyi təhdid etməklə Fələstin, region və dünya xalqlarının qəlbində qəzəb və nifrət toxumları səpir”.
Bu arada İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyinin əməkdaşı “CBS” televiziyasına şərhində bildirib ki, Livanın “Hizbullah” hərəkatı Beyruta edilən hücuma cavab olaraq təkcə hərbi hədəfləri seçməyərək, İsrail tərəfindən işğal altında saxlanan ərazilərin dərinliklərinə zərbələr endirə bilər.
Onun sözlərinə görə, Hizbullahın daha uzaq məsafələrdəki geniş çeşidli hədəfləri seçərək cavab verəcəyi gözlənilir.