Şəhid Həniyyəyə və Şəhid Əmir-Abdullahiyanın ailəsinə islami insan hüquqları mükafatı verilib
Səkkizinci islami insan hüquqları mükafatı Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri şəhid İsmayıl Həniyyəyə verilib.
Səkkizinci islami insan hüquqları mükafatının təqdimat mərasimi «Məzlum Fələstin xalqını müdafiə, müqavimət mehvəri və sionist rejimin cinayətlərilə mübarizə» adı altında bu gün islami insan hüquqları və insan ləyaqəti günündə, İranın məhkəmə hakimiyyətinin sədri, ölkə və ordu rəsmiləri, həmçinin islami ölkələrin Tehrandakı səfirlərinin iştirakı ilə keçirilib.
Builki mərasimdə on yeddiyə yaxın ölkədən olan qırx iki namizədlə bağlı informasiyalar əldə edilib və islami insan hüquqları və insan ləyaqəti mükafatının təqdimat komitəsində onlar araşdırılıb. Sonda seçilənlər arasından altı və mükafatlandırılanlar arasından üç nəfər müəyyən edilib.
Həmçinin İranın on üçüncü dövlətinin şəhid xarici işlər naziri şəhid Hüseyn Əmir-Abdullahiyanın ailəsi mükafatlandırılıbdır.
Beynəlxalq mükafat olan islami insan hüquqları mükafatı insan hüquqlarının müdafiəçiləri və hamilərinə və ya insan hüquqlarının pozulması qurbanlarına verilir.