Avq 05, 2024 17:49 Asia/Baku
  • Nasir Kənani:

İran XİN-nin mətbuat katibi Nasir Kənani deyib ki, sionist rejiminin bünövrəsi terrordur və onun davam edən həyatı terrorçu dövlətçilik baxıçları əsasındadır.

İran XİN-nin mətbuat katibi Nasir Kənani jurnalistlərlə keçirdiyi həftəlik brifinqdə HƏMAS-ın lideri İsmayıl Həniyyənin terrorunu qəti pisləyərək belə bir terrorçu addımların Fələstinin müqavimətçi xalqının anti-sionist mübarizəsi və Şərəfli Qüdsün azadlığı yolunda göstərdiyi əzmkarlıq və iradəsinə heç bir təsir etməyəcəyini, əksinə bu xalqın müqavimətinin daha da ciddi və qətiyyətli olacağını bildirib.

Kənani İran İslam Respublikasının rəsmi qonağı olmuş Fələstin xalqının ali siyasi rəhbərinin Tehranda sionist rejimi tərəfindən namərdcəsinə terror edilməsini Beynəlxalq hüquq normalarının, insan haqlarının və eləcə də beynəlxalq ictimaiyyətin qəbul etdiyi siyasi xətlərin heç də çəkinmədən pozduğunu deyərək bütün dünyanın təcavüzkar rejimin tənbeh edilməsində dəstək verməsinə təkid edib.

 XİN-nin mətbuat katibi vurğulayıb ki, İran İslam Respublikası öz ərazi bütövlüyünü, suverenliyini və milli təhlükəsizliyini qorumaq hüququnu özündə saxlayır və heç kim avanturit sionist rejimin cəzalandırılmasında şəkk etməməlidir.

"Əlcəzair, Çin, Rusiya kimi dost ölkələrin həmkarlığı nəticəsidə BMT TŞ-nin keçirilmiş növbədən kənar təcili iclası kimi lazım olan diplomatik və siyasi addımlar atılmışdır"- deyə Kənani əlavə edib.

O, daha sonra açıqlayıb ki, İslam Əməkdaşlıq Təşkilatının toplantısının Ciddədə keçirilməsi istənilib və bu tələb qəbul edilərək avqust ayının 7-də XİN-ləri səviyyəsində təşkil ediləcəkdir.

İran XİN-nin mətbuat katibi Birləşmiş Ştatlarının Fələstinlilərə qarşı müharibə cinayəti və soyqırımını törədən İsrailin tam ortağı olduğunu diqqətdə saxlayaraq, müharibə maşını sionist rejimini dərhal dayandırması və öhdəliyə götürülmüş beynəlxalq qanun və hüquqlara riyaət edərək bu rejimə silah yardımının edilməməsinə təkid edib. 

"Dəlil və sübutlar bunu  göstərir ki, Həniyyənin terrorunun arxasında sionist rejimi dayanır və törədilmiş bu terror ən çox rejimin xeyrinə tamamlanmışdır"-Kənani qeyd edib.

İran diplomatik qurumun sözcüsü İslam Respublikasının öz ərazi bütövlüyü, milli hakimiyyəti və təhlükəsizliyi haqda heç bir tərəfə güzəştə getməyəcyini və heç bir halda təcavüzkarlıqla barışmayacağını, eləcə də məzlum və müqavimətçi Fələstin xalqını bütün gücü ilə himayəsinin qlobal məsuliyyət hesab etdiyini vurğulayaraq qeyd edib ki, BMT-nin TŞ kimi beynəlxalq qurum və təşkilatlar üçün şərait yaradılmaldır ki, onlar öz vəzifəsini yerinə yetirə bilsin.   

 

 

Teqlər