Avq 06, 2024 18:04 Asia/Baku
  • Şər sionist rejim qarşısında dayanmaq lazımdır

Regionda səbatsızlıq amili olan «sionist rejim» adında şər bir varlığın qarşısında dayanmaq lazımdır.

İran Xarici İşlər Nazirliyinin başçısı Əli Baqiri-Kəni ölkəsi Avropa Birliyinin dövri sədri olan Macarıstan xarici işlər və ticarət naziri Piter Siyarto ilə telefon danışığında onunla/ regionun sabitliyi və təhlükəsizliyinin qorunmasının önəmi, sionist rejimin beynəlxalq hüquq normalarını pozmasının pislənilməsi və İran İslam Respublikasının öz ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini müdafiə üzrə qanuni haqqı barədə söhbət edib.

Baqiri-Kəni əlavə edib: Əgər sionistlərin Qəzzə zolağına qarşı hücumlarının keçmişinə nəzər salsanız, görərsiniz ki, sionistlərin hədəfi olan məsələ/ başlıca olaraq,/ mülki məkanlar, xəstəxanalar, yaşayış evləri, uşaqlar, qadınlar və müdafiəsiz insanlardır.

İranın diplomatiya aparatının başçısı/ Həmas hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyyənin Tehranda terror edilməsinə işarə ilə/ deyib: Sionistlərin son zamanlar etdikləri hərəkətlər İranın təhlükəsizliyi və suverenliyinin, həmçinin regional sülh və sabitliyin pozulması sayılır. Bu səbəbdən, onların hərəkətləri beynəlxalq sülh və təhlükəsizliyə qarşı addım da hesab olunur. Beynəlxalq hüquqa əsasən, cavab addımı atılmalıdır ki, qarşı tərəf regionda öz təcavüzkarcasına hərəkətlərini şiddətləndirmək imkanı əldə etməsin.

Dialoqların davam etdirilməsi istiqamətində hazırlıq və təmayül ifadə edən Macarıstan xarici işlər və ticarət naziri də ölkəsinin Qərbi Asiya bölgəsində gərginliyin şiddətlənməsindən nigaran olduğunu vurğulayıb. Bildirib ki, dünya ictimaiyyəti böhran və gərginliyin şiddətlənməsinin qarşısını almaq üçün addım atmalıdır.