Avq 08, 2024 13:46 Asia/Baku
  • Əgər Qərb regionda təhlükənin qarşısını almaq istəyirsə, sionistlərə dəstəyi dərhal dayandırmalıdır

İran İslam Respublikası prezidenti Fransa prezidenti ilə telefon danışığında deyib:

"Amerika və Qərb ölkələri ziddiyyətli və ikili yanaşma sərgiləyərək, heç bir beynəlxalq qanun-qaydalara əməl etməyən, regionda heç bir cinayət əməli törətməkdən çəkinməyən bir rejimi dəstəkləyir və son dərəcədə təəssüflüdür ki, belə hərəkətlərin hədəfi olan ölkələri cavab verməməyə və təmkinli olmağa çağırırlar".

"İSNA"nın məlumatına görə, çərşənbə günü İran İslam Respublikası prezidenti Məsud Pezeşkian ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. 

Telefon danışığında sionist rejimin HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyənin şəhadəti ilə nəticələnən terror aktından sonra regionda gərginliyin artması ilə bağlı narahatlığını ifadə edən Emmanuel Makronun İranı təmkinli olmağa çağırıb.

Doktor Məsud Pezeşkian fransız həmkarına cavab olaraq, deyib: "İran İslam Respublikası regionda və dünyada sülh, sabitlik və təhlükəsizliyin yaradılmasında, gərginlik, əmin-amansızlıq və müharibənin qarşısının alınmasında həmişə əsas rol oynayıb, lakin sionist rejim Qəzzənin məzlum və müdafiəsiz xalqına qarşı öz cinayətkar və terrorçu əməlləri, həmçinin İranın rəsmi qonağı kimi şəhid Həniyyəni terror etməklə bölgədə müharibə alovlandırır və təəssüf ki, Amerika və Qərb ölkələri bu rejimi qınamaq əvəzinə cinayət, soyqırım və terror törətməkdə onu dəstəklədilər".

O İranın bu hərəkətlərə lazımi cavab vermək hüququnu özündə saxladığını vurğulayaraq, sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki səfirliyinə hücumundan, həmçinin Tehranda HƏMAS-ın siyasi bürosunun rəhbərinin terror edilməsindən sonra Amerika və Qərb ölkələrinin passiv davranışlarını tənqid edərək deyib: "Amerika və Qərb ölkələri ziddiyyətli və ikili yanaşma sərgiləyərək, heç bir beynəlxalq qanun-qaydalara əməl etməyən, regionda heç bir cinayət əməli törətməkdən çəkinməyən bir rejimi dəstəkləyir və son dərəcədə təəssüflüdür ki, belə hərəkətlərin hədəfi olan ölkələri cavab verməməyə və təmkinli olmağa çağırırlar".

Pezeşkian davamında bildirib ki, sionist rejim dincliklə, ABŞ və Qərb ölkələrinin siyasi, maliyyə, hərbi və media dəstəyi ilə soyqırım, cinayət və terror törətdikcə, region və dünya sabitlik və təhlükəsizliyin şahidi olmayacaq. Amerika və Qərb ölkələri həqiqətən də regionda müharibə və əmin-amansızlığın qarşısını almaq istəyirlərsə, bu iddianı sübuta yetirmək üçün dərhal sionist rejimə silah satmağı dayandırmalı və bu rejimi Qəzzəyə qarşı soyqırım və hücumları dayandırmağa və atəşkəsi qəbul etməyə məcbur etməlidirlər.

Prezident Pezeşkian vurğulayıb ki, İran İslam Respublikası müharibədən çəkinməyi və qlobal sülh və təhlükəsizliyin bərqərar edilməsinə çalışmağı əsas prinsiplərindən biri hesab edir, lakin beynəlxalq müqavilələr və qanunlar çərçivəsində öz maraqlarına və təhlükəsizliyinə edilən hücumlara heç vaxt səssiz qalmayacaq.

Teqlər