Baqiri Qəzzədəki soyqırımın dayandırılması üzrə səylərin davamına təkid edib
İran Xarici İşlər Nazirliyinin başçısı deyibdir ki, Qətər xarici işlər nazirinin onunla qurduğu telefon əlaqəsində sionistlərin Qəzzədə törətdikləri soyqırımın dayandırılması üzrə diplomatik fəaliyyətlər də daxil olmaqla real addımlar və hərtərəfli səylərin davam etdirilməsi vacibliyinə təkid edib.
Əli Baqiri bu gün səhər saatlarında “X” sosial şəbəkəsində yerləşdirdiyi mesajda yazıbdır ki: Qətərin baş naziri və xarici işlər nazirinin qurduğu telefon əlaqəsində sionistlərin Qəzzədəki cinayətlərinin durdurulması ilə bağlı danışıqlarla əlaqədar son olaylar ətrafında fikir mübadiləsi aparıldı.
Məhəmməd bin Əbdürrəhman Ali-Sani Qətərin ev sahibliyi ilə keçirilən atəşkəslə bağlı iclasa işarə ilə, müzakirələrin bu etapının nəticələrini həssas adlandırıb.
Sionistlərin Qəzzədə törətdikləri soyqırımın dayandırılması üzrə diplomatik fəaliyyətlər də daxil olmaqla real addımlar və hərtərəfli səylərin davam etdirilməsi vacibliyinə təkid etdim- deyə, Ali-Sani bildirib.
Qətər xarici işlər nazirliyi dünən gecə bu ölkənin baş naziri və xarici işlər nazirinin İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin başçısı ilə telefon məşvərətindən xəbər vermişdi.