Qızqalası su qovşağında İran-Azərbaycan Respublikası birgə texniki komissiyasının on üçüncü iclası keçirilib
https://azeri.sahartv.ir/news/İran-i413712-qızqalası_su_qovşağında_İran_azərbaycan_respublikası_birgə_texniki_komissiyasının_on_üçüncü_iclası_keçirilib
Qızqalası su qovşağında İran-Azərbaycan Respublikası birgə texniki komissiyasının on üçüncü iclası keçirilib.
(last modified 2024-08-16T15:19:58+00:00 )
Avq 16, 2024 16:21 Asia/Baku
  • Qızqalası su qovşağında İran-Azərbaycan Respublikası birgə texniki komissiyasının on üçüncü iclası keçirilib

Qızqalası su qovşağında İran-Azərbaycan Respublikası birgə texniki komissiyasının on üçüncü iclası keçirilib.

İclas İran energetika nazirinin su məsələləri üzrə müavini Məhəmməd Cavanbəxt və Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Sultanovun həmsədrlikləri altında keçirilib. İclasda hər iki tərəfin digər nümayəndələri, həmçinin İranın Şərqi Azərbaycan regional su şirkətinin sərəncamçı müdiri iştirak ediblər.

İclasda hidroqovşaqların yerdə qalan işlərinin İran İslam Respublikası tərəfindən inşası və təkmilləşdirilməsi prosesinin davam etdirilməsi və təsisatların tikintisi ilə bağlı Azərbaycan Respublikası tərəfinin İrana olan borcunun ödənişi haqda lazımi müzakirələr aparılıb.

Sözügedən iclasda həmçinin tərəflər Araz çayının su ehtiyatları və enerjisindən/ bu barədə mövcud olan yarıməsrlik qənaətbəxş təcrübəyə əsasən, birgə istismara və idarəçiliyə təkid ediblər.