Avq 21, 2024 17:17 Asia/Baku
  • İran parlamenti Pezeşkianın təklif etdiyi bütün nazirlərə etimad səsi verib

İran parlamentarilərinin təklif olunan nazirlərin keçmişini, səlahiyyətləri və planlarını nəzərdən keçirmək üçün beş iş günü və 10 açıq iclasdan sonra parlament üzvlərinin tam etimad səsi ilə 14-cü hökumətin 19 naziri müəyyən edilib.

Bu gün İran parlamentinin ictimai zalında 14-cü hökumətin təklif olunan nazirlərinin səlahiyyətləri, keçmişləri və planlarının nəzərdən keçirilməsinin beşinci və sonuncu günündə təklif olunan nazirlər üzrə səsvermə keçirilib və parlament üzvlərin səsləri ilə 14-cü hökumətin nazirləri müəyyən edilib. 

Səsvermədən əvvəl prezident Məsud Pezeşkian parlamentə gələrək, bu həftə ərzində ikinci dəfə olaraq, təklif etdiyi nazirləri müdafiə edib.

Prezidentin çıxışından sonra səsvermə keçirilib və onun nəticəsi açıqlanıb. 

Və beləliklə Məsud Pezeşkianın nazirlərinin tərkibi belə olub:

Təhsil və ali təhsil naziri Əli Rza Kazimi.

Rabitə və İnformasiya Texnologiyaları naziri Səttar Haşimi.

Təhlükəsizlik Naziri İsmayil Xətib,

İqtisadiyyat və Maliyyə Naziri Abdül-Nasir Himməti.

Xarici işlər naziri Abbas İraqçi.

Səhiyyə, müalicə və tibbi təhsil naziri Məhəmməd Rza Zəfərqəndi.

Kooperasiya, əmək və sosial rifah naziri Əhməd Meydəri.

Kənd Təsərrüfatı Naziri Qulam Rza Nuri.

Ədliyyə naziri Əmin Hüseyn Rəhimi.

Müdafiə naziri Əmir Əziz Nəsirzadə.

Yollar və Şəhərsalma naziri Fərzanə Sadiq.

Sənaye, Mədən və Ticarət naziri Seyid Məhəmməd Ətabək.

Elm, Tədqiqat və Texnologiya Naziri Hüseyn Simai Sərraf. 

Mədəniyyət və İslami İrşad Naziri Abbas Salehi.

Daxili işlər naziri İsgəndər Mömini.

Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi Naziri, Seyid Rza Salehi Əmiri.

Neft naziri Möhsün Paknejad.

Energetika naziri Abbas Əliabadi.

İdman və Gənclər naziri Əhmədi Dünyamali.

Teqlər