İran və Ermənistanın XİN rəhbərləri telefonla danışıblar
İraqçi: İran region ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir
İran İslam Respublikasının xarici işlər naziri Tehranın region ölkələrinin ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin dəyişməzliyini dəstəkləmək siyasətini davam etdirəcəyini vurğulayıb.
Seyid Abbas İraqçi erməni həmkarı Ararat Mirzoyanla telefon söhbəti zamanı Ermənistanın qonşuları ilə sülh danışıqlarını dəstəkləyib.
Nazir iki ölkə arasında artan əlaqələri dəstəkləməklə yanaşı, İran dövlətinin Ermənistanla əlaqələri inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.
O, regionda davamlı sülh naminə İran İslam Respublikasının Ermənistan və onun qonşuları arasında sülh danışıqlarına öz töhfəsini verməyə hazır olduğunu bəyan edib.
İraqçi həmçinin İran İslam Respublikasının regionla bağlı siyasətinin dəyişməzliyini vurğulayıb.
Mirzoyan da iki ölkə arasındakı dostluq münasibətlərindən məmnunluğunu ifadə edərək, ölkəsinin Ermənistan və İran İslam Respublikası arasında əlaqələrin genişləndirilməsi üçün siyasi iradəyə malik olduğunu vurğulayıb.
O, həmçinin Ermənistanın ərazi bütövlüyü və regionda baş verən proseslərlə bağlı İran İslam Respublikasının mövqelərinə xatir təşəkkür edib.