İranın qonşu ölkələrlə qeyri-neft ticarəti 27 milyard dollara çatıb
https://azeri.sahartv.ir/news/İran-i413991-İranın_qonşu_ölkələrlə_qeyri_neft_ticarəti_27_milyard_dollara_çatıb
İran İslam Respublikasının qonşu ölkələrlə qeyri-neft ticarəti 27 milyard dollara çatıb.
(last modified 2024-08-27T07:30:59+00:00 )
Avq 27, 2024 11:29 Asia/Baku
  • İranın qonşu ölkələrlə qeyri-neft ticarəti 27 milyard dollara çatıb

İran İslam Respublikasının qonşu ölkələrlə qeyri-neft ticarəti 27 milyard dollara çatıb.

İranın gömrük idarəsinin rəisi bildirib: “İranın 15 qonşu ölkə ilə qeyri-neft ticarəti bu ilin 5 ayında 16% artaraq 26 milyard 857 milyon dollara çatıb.”

Məhəmməd Rizvanifər bu məlumatı açıqlayaraq deyib ki, İranın 15 qonşu ölkə ilə qeyri-neft ticarətinin çəkisi 43 milyon 579 min ton olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% artım göstərir”.

Onun sözlərinə görə həmin dövrdə İranın qonşu ölkələr arasında ilk beş ticarət tərəfdaşı Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq, Pakistan və Rusiya Federasiyası olub.