Avq 27, 2024 15:32 Asia/Baku
  • “Tehran Qafqaza uzanan regiondan kənar güclərin əllərini kəsməlidir”

İran milli televiziya və yayım təşkilatının xarici şöbəsi İranın Azərbaycan Respublikasındakı keçmiş səfirinin müsahibəsini yayımlayıb.

Keçmiş səfir verdiyi müsahibədə deyib ki, İran Qafqazda öz mənafeyini qorumaqdan ötrü həyati əhəmiyyət kəsb edən bu regiondan kənar güclərin əllərini kəsməli və bu istiqamətdə addımlar atmaldır. “İran İslam Respublikası Qafqazın tarixi, mədəni və sivlizasiyasına aid olan bir ölkə kimi daha çox diqqət cəlb edən Cənubi Qafqaz regionunda öz milli mənafeyinə, təhlükəsziliyinə təsir görür.

Belə olduqda isə, regionda gedən dəyişiklik nəzərə alınmaya bilməz”-deyə keçmiş səfir Musəvi “əl-Aləm”-ə müsahibəsində vurğulayıb.Bu diplomat sözünün davamında qeyd edib ki, İran mümkün qədər tez bir vaxtda Azərbaycan, Ermənistan və Gürcüstan kimi regionun üç ölkəsi ilə dinamik və önəmli siyasət apararaq, yaxından əlaqələrini daha da genişləndirməli və inkişaf etdirməlidir. İran apardığı siyasətdə bir ölkəni digərindən üstün tutmamalı, əksinə hər ölkənin çıxarı və balansına uyğun həmkarlıq etməldir.