İran və Türkmənistan 4 birgə əməkdaşlıq sənədi imzalayıb
Bu gün Tehranda İran prezidenti Məsud Pezeşkian və Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə İran və Türkmənistanın yüksək vəzifəli rəsmiləri 4 birgə əməkdaşlıq sənədi imzalayıblar.
Mərasim zamanı dörd sənəd, o cümlədən İran və Türkmənistanın Xarici İşlər Nazirlikləri arasında 2024-2026-cı illər arasında əməkdaşlıq haqqında sənəd, İranın xarici işlər nazirləri Seyid Abbas İraqçi və Türkmənistanın xarici işlər naziri Rəşid Mərdov arasında imzalanıb.
Həmçinin İranın Əmirabad limanı ilə Türkmənistanın Türkmənbaşı limanı arasında qardaşlaşma sazişi imzalanıb, bunu İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq Malvacerd və Türkmənistan şirkətinin baş direktoru Məhəmməd Xan imzalayıb.
İran Milli Qaz Şirkəti ilə Türkmənistan Dövlət Qaz Şirkəti arasında təbii qaz sahəsində sövdələşmənin inkişafı haqqında sazişi İran tərəfindən neft nazirinin köməkçisi Məcid Çegini, Türkmənistan tərəfindən isə Türkmənistan Dövlət Qaz Şərkətinin icraçı direktoru imzalayıb.
İki ölkə arasında gömrük sahəsində əməkdaşlığın 2024-cü ildən 2026-cı ilədək genişləndirilməsi məqsədilə birgə fəaliyyət layihəsi də imzalanıb.
Qeyd edək ki, Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədov İran rəsmiləri ilə görüçmək məqsədilə çərşənbə günü avqustun 28-də Tehrana gəlib və onu Mehrabad Hava Limanında İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Malvacerd qarşılayıb. O, sonra İran prezidenti ilə görüş keçirib.