Pezeşkian: Hökumət üzvləri Aliməqam Rəhbərin göstərişlərini diqqətdə saxlamalıdırlar
İran prezidenti Məsud Pezeşkian hökumət üzvlərindən İslam İnqilabının Ali Məqamlı Rəhbərinin göstərişlərinə xüsusi və ciddi diqqət yetirmələrini istəyib.
İran İslam Respublikasının prezidenti çərşənbə günü Nazirlər Kabinetinin iclasında Hökumət Həftəsinin başlanması münasibətilə təbriklərini çatdırıb, şəhidlər Rəcai və Bahünərin xatirəsini ehtiramla yad edib, İslam İnqilabının Ali Məqamlı Rəhbərinə hökumət üzvlərinə verilən görüş imkanı və O, Həzrətin müdrik göstərişlərinə görə təşəkkürünü bildirib.
Doktor Pezeşkian hökumət üzvlərini Ali Məqamlı Rəhbərin bəyanatlarında əsas məqamlar olan, istehsalın çiçəklənməsinə və rifaha, virtual məkanın düzgün idarə olunması, inflyasiyaya nəzarət, vilayətlərə səfərlər məsələsinə və 14-cü hökumətin xalqa baxışının saxlanılması və təkmilləşdirilməsinə ciddi diqqət yetirməyə çağırıb.
O, hökumətin bütün üzvlərindən xahiş edib ki, idarə etdikləri qruma köməkçi və müdirləri fərdlərin öz göstəricilərinə və səriştələrinə görə təyin etsinlər, müdirləri dostluq, siyasi yaxınlıq və bu kimi əsaslarla seçməkdən çəkinsinlər.
Prezident Pezeşkian vurğulayıb ki, əgər biz bütün səviyyələrdə bu cür hərəkət etsək, milli barışıq şüarı xalq üçün daha inandırıcı olacaq, birlik və vəhdət güclənəcək. Əgər insanlar ləyaqətləri və bacarıqlarına görə seçilib təyin olunsalar, xalqın da iştirakı və hakimiyyətə ümidi və etimadı artacaq.
Bu iclasda prezidentin təklifi və Nazirlər Kabineti üzvlərinin dəstəyi və etimadı ilə doktor Fatimə Mühacirani İran hökumətinin sözçüsü təyin edilib.
Həmçinin İran parlamentinin keçmiş üzvü Elyas Həzrəti hökumətin İnformasiya Şurasının sədri seçilib.